Göyərmiş, cücərmiş, büzüşmüş və ya yumşalmış kartofların istehlakı insan sağlamlığı üçün risk yaradır.

Qastroenteroloq Yevgeni Belousov həmin kartoflarda zəhərli solanin maddəsinin kəskin artdığını bildirib.

Solaninlə zəhərlənmənin əlamətləri arasında ağızda acılıq hissi, ürəkbulanma və qusma yer alır; ağır hallarda başgicəllənmə və ürək ritminin pozulması müşahidə oluna bilər.

Həkim qeyd edib ki, solanin istiliyə davamlıdır, bu səbəbdən kartofu qaynatmaq, qızartmaq və ya sobada bişirmək maddənin zərərini aradan qaldırmır.