16 avqust 2026-cı il, saat 12:40
Beyləqanda su kanalında batmış şəxsin kimliyi müəyyən edilib. Hadisə Yuxarı Qarabağ kanalında qeydə alınıb.
Məlumata görə, suya düşən şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hüseynlidir. Hazırda onun üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
R.Hüseynlinin hansı şəraitdə kanala düşməsi barədə hələlik məlumat verilməyib. Əməliyyatlar yekunlaşana qədər əlavə açıqlama verilməyəcəyi bildirilib.