Binə qəsəbəsindəki stadionda yayılan görüntülərdə ölüm hadisəsi əks olunub.

Hadisə zamanı meydançada olan şəxsin 27 yaşlı Xəyal İbadov olduğu və oyunun bitməsinə təxminən 15 dəqiqə qalmış meydana çıxdıqdan sonra vəfat etdiyi bildirilir.

Stadionun inzibatçısı Abdulla Şahverdiyev bildirib ki, hadisə baş verən şəxslər abunəlik sistemi ilə həftədə bir dəfə stadionda futbol oynamağa gəlirlər. O qeyd edib ki, Xəyal İbadov da həmin qrupla gəlib və oyunun sonuna yaxın meydana çıxandan sonra dünyasını dəyişib.

Məsələ ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.