Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən stadionda bir nəfərin ölməsi barədə məlumat daxil olub.

Hadisə futbol matçının sona çatmasına təxminən 15 dəqiqə qalmış baş verib. Meydana çıxan 27 yaşlı Bakı sakini Xəyal İbadov orada həyatını itirib.

Stadionun inzibatçısı Abdulla Şahverdiyev bildirib ki, ölən şəxs və onunla birlikdə olanlar abunəlik sistemi ilə həftədə bir dəfə stadionda futbol oynamağa gəlirlər. Həmin şəxs oyuna qatılanlarla birgə olub və oyunun bitməsinə yaxın meydana çıxıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu araşdırma aparır. Ölümün dəqiq səbəbi müvafiq ekspertizaların nəticələrinə əsasən müəyyən ediləcək.