Bakı şəhərinin Binəqədi rayonunda, “Milyonerlər məhəlləsi” adlanan ərazidə yerləşən istifadəsiz köhnə fabrikdə yanğın baş verib.

Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub. Bildirilib ki, hadisə ilə bağlı dərhal müvafiq xidmətlər səfərbər edilib.

Əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri göndərilib. Nazirliyin əməkdaşları və xilasedicilər hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat aparırlar.

Hadisə metronun “Nəsimi” stansiyasına yaxın ərazidə qeydə alınıb. Məlumatların qəbul edildiyi zaman 12:58 göstərilib.

FHN bildirir ki, işlər davam edir və əlavə məlumatlar təqdim olunacaq.