“By Ella” ləqəbi ilə tanınan bloger Lalə Məmmədovanın həbsdən azad edildiyi təsdiqlənib.

İyulun 30-da məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçmişdi. Aparılan istintaq nəticəsində təqsirinin sübuta yetirilmədiyi müəyyən edildiyi üçün cinayət işi xitam verilib.

Məlumata görə, Lalə Məmmədova avqustun 19-da həbsdən buraxılıb və hazırda məhkəmə qərarının icrası üzrə iş bağlanmış hesab olunur.