BMT İsrailin Suriyanın ərazisinə həyata keçirdiyi son hava hücumları ilə bağlı narahatlığını ifadə edib.
BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirilən brifinqdə bu hücumları yolverilməz adlandırıb və onların dayandırılmasını tələb edib. O bildirib ki, bu cür zərbələr Suriyanın ərazi bütövlüyünün və hava məkanının ciddi şəkildə pozulmasıdır.
"Biz bu zərbələri gördük. Bu, Suriyanın ərazi bütövlüyünün və hava məkanının son dərəcə narahatedici pozulmasıdır. Belə hava hücumları dayandırılmalıdır; biz onlara qarşıyıq", - Dujarrik qeyd edib.
Əvvəlki məlumatlarda bildirilirdi ki, İsrail Müdafiə Ordusu Suriyanın İdlib əyalətinin şərqində yerləşən Əbu əl-Duhur hava bazasına səkkiz zərbə endirib.