Böyük Britaniyanın Baş naziri Endi Börnemin ABŞ Prezidenti Donald Trampın Aparat rəhbəri Susi Uaylsı təqlid edən bir şəxslə mesajlaşdığı məlum olub.
Hadisə barədə dörd rəsmi şəxsin məlumatına istinadən bildirilir ki, Börnem başa çatandan sonra əlaqə saxladığı şəxsin həqiqi Uayls olmadığından şübhələnib.
Mənbələr Baş nazirin təqlid edilən hesabla "bir neçə mesaj" mübadiləsi apardığını bildirib. Mesajların məzmunu və göndərilmə vaxtı açıqlanmayıb.
Rəsmi mənbələrin vurğuladığına görə, mesajların əhəmiyyət daşımadığı qiymətləndirildikdən sonra vəziyyət şübhəli hesab edilərək dərhal müvafiq qurumlara bildirilib.
Böyük Britaniyanın Vaşinqtondakı səfirliyi yaranmış narahatlığı əsas gətirərək məsələni Ağ Evə çatdırıb. Ağ Evə isə iddialarla bağlı rəsmi şərh verilməyib.
Qeyd olunur ki, keçən il Ağ Ev və FTB Trampın Aparat rəhbəri Susi Uayls olduğunu iddia edən bir şəxsdən senatorlar, qubernatorlar və amerikalı iş adamlarına mesaj və zənglər gəldikdən sonra araşdırma aparmağa başlamışdı.