Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dankan Norman Şuşa şəhərinə səfər edəcəyini açıqlayıb.

Dipasnet sözlərinə görə, səfir bunu mətbuat konfransında bildirib.

Norman Şuşanın Baş planının hazırlanmasında Böyük Britaniyanın tanınmış bir şirkətinin rol oynadığını xatırladaraq, həm şəhəri, həm də həmin şirkətin fəaliyyətini yerində görməyin onun üçün maraqlı olacağını söyləyib.