Yaxın günlərdə ölkə üzrə hava şəraitinin stabilləşəcəyi və yağış olmayacağı bildirilir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, avqustun 22-dən 25-dək müşahidə ediləcək temperatur göstəriciləri əhəmiyyətli isti hava şəraitinə işarə edir.
Proqnoza görə, Bakıda və Abşeron yarımadasında maksimum temperatur 33-38°, Azərbaycanın rayonlarında 35-38° təşkil edəcək. Mərkəzi Aran zonasının bəzi ərazilərində və Naxçıvan Muxtar Respublikasında isə termometrlər 40-41°-ə qədər yüksələ bilər.
Havanın sabit keçəcəyi və yağışın gözlənilmədiyi vurğulanıb, əhalinin yüksək temperatur şəraitinə uyğun davranması tövsiyə olunur.