Bruneydə Sultan Hacı Həssanal Bolkiah avqustun 8-də qəbul edilmiş fərmanla gəlinini bütün rəsmi titul və hər hansı konsort statusundan məhrum edib.
Titulları əlindən alınan şəxsin 33 yaşlı Pengiran Raabiatul Adaviyah olduğu bildirilib. O, taxt-taca namizədlər sırasında dördüncü yerdə olan şahzadə Əbdül Malikin həyat yoldaşıdır.
Saray açıqlamasında onun davranışlarının monarxiyanın nüfuzuna zərər vurduğu və Sultana qarşı hörmətsizlik kimi dəyərləndirildiyi qeyd edilib. Həm rəsmi bəyanatda, həm də yerli mətbuatda məhz hansı addımın bu qərara səbəb olduğu ilə bağlı konkret detallara yer verilməyib.
2015-ci ildə ailə həyatı quran cütlüyün nikahı davam edir və ayrılıq barədə məlumat yoxdur. Onların dörd qızı var və hər üçü, o cümlədən taxt-tac varisliyindəki yerlərini saxlayır.
Titullardan məhrum edilən gəlin və şahzadə Əbdül Malik məsələyə dair şərh verməyiblər.
Sultan Hacı Həssanal Bolkiah 1967-ci ildən bu yana hakimiyyətdədir və 80 yaşındadır. O, dünyadakı son mütləq monarxlardan biri hesab olunur və əvvəllər şəriət qanunlarının sərt cəzalarını tətbiq eləməsi ilə tənqid olunub. Onun şəxsi sərvətinin təxminən 50 milyard dollar olduğu bildirilib.