Cari ilin birinci yarısında rayon və şəhər qeydiyyat şöbələrində 19 224 nikah və 9 776 boşanma halı qeydə alınıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9-dan 3,8-ə enib. Boşanma göstəricisi isə 2-dən 1,9-a geriləyib.

Beləliklə, həm nikahların, həm də boşanmaların sıxlığı ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.