Türkiyədə yeni serial "Güneşin Doğduğu Yer"in çəkilişlərinə Adanada start verilib.
Baş rolda Burak Özçivit yer alır. Serialın əsas aktyor heyətinə Beyza Gümülcine, Sibel Taşçıoğlu, Devrim Yakut və Görkem Sevindik də daxildir.
Burak Özçivit serialda Kenan, Beyza Gümülcine isə Leyla xarakterini canlandıracaq. Ekran işində diqqət çəkən məqamlardan biri Sibel Taşçıoğlu ilə Burak Özçivitin ana‑oğul münasibətində rol almasıdır.
50 yaşlı Sibel Taşçıoğlu, 41 yaşlı Burak Özçivitin anası kimi təqdim olunacaq; ikisinin arasında olan 9 yaş fərqi bu səbəbdən sosial mediada və ictimai müzakirələrdə gündəmə gəlib.
Serialın yayımlanmasının sentyabr ayında ATV telekanalında planlaşdırıldığı bildirilib.