Britaniya rok qrupunun erkən dövrlərinin üzvü Barri Mitçell həyatını itirib.
Qrupun arxivçisi Qreq Bruks musiqiçinin vəfat etdiyini bildirsə də, ölümün səbəbi açıqlanmayıb.
Mitçell 1970-ci ilin avqustunda Queen-ə qoşulub və Freddi Merkuri, Brayan Mey və Rocer Teylor ilə birgə fəaliyyət göstərib. O, qrupa təxminən altı ay üzv olub və bu müddət ərzində 11 konsertdə çıxış edib.
Sonradan qrupu tərk edən musiqiçi 1990-cı illərdə "Jayne Raydio" ilə yenidən musiqi fəaliyyətinə qayıdıb.