Abşeron rayonunda qətldə şübhəli bilinən şəxslər saxlanılıb.
Polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov həbs edilərək istintaqa təhvil verilib.
Hadisə ötən gecə Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. Orada 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq öldürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.