ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Görüş Yərusəlimdə keçirilib və Sülh Şurasının Qəzza zolağındakı vəziyyətin nizamlanması planının bütün mümkün bəndləri üzrə irəliləyiş əldə etməyə yönəlmiş müzakirələr aparılıb.

Danışıqlarda Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin də iştirak etdiyi qeyd olunub.

Qeyd edilir ki, Cared Kuşner avqustun 16-da Misirdə HƏMAS nümayəndələri ilə görüşərək onlardan silahsızlaşdırma öhdəliyinə əməl etməyi tələb edib.

Daha əvvəl İsrail tərəfi Sülh Şurasının təqdim etdiyi planı qəbul etməkdən imtina etmişdi.