Qəbul qaydalarına görə beynəlxalq və respublika fənn olimpiadalarında qalib gəlmiş, beynəlxalq müsabiqə və yarışların mükafatçıları və beynəlxalq səviyyədə akkreditə olunmuş təhsil proqramlarında təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququna malikdirlər.

2026–2027-ci tədris ili üçün müsabiqədənkənar qəbul hüququ qazanan şəxslərin siyahısı müəyyən edilib; onların təqdim etdiyi sənədlər müvafiq qurum tərəfindən yoxlanıb və ixtisas seçimi üçün dəvət olunublar.

Rəsmi nəticələr göstərir ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası qalibi, 104 nəfər respublika fənn olimpiadası qalibi və 63 nəfər isə beynəlxalq akkreditə edilmiş təhsil proqramı (IB) üzrə təhsil aldığına görə müsabiqədənkənar qəbul hüququ əldə edərək uyğun ixtisaslara yerləşdirilib.

Bununla yanaşı, SAT imtahan nəticələri və ADA məktəbinin məzunu statusunu əsas götürən qəbul proseduru ilə ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.