Rusiyanın Çeboksar şəhərində yerləşən elektrik yarımstansiyasında güclü qəza qeydə alınıb.
Hadisə nəticəsində şəhərin müəyyən ərazilərində bəzi evlər və işıqforların elektrik enerjisindən məhrum olduğu bildirilir. Şahidlər ərazidən qara tüstünün qalxdığını bildirib.
Şəhər meri Sergey Trofimov açıqlamasında hadisənin İvan Yakovlev prospektindəki yarımstansiyada baş verdiyini və fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün səlahiyyətli xilasetmə xidmətlərinin işə başladığını qeyd edib.
Trofimov bildirib ki, qəza xidmətləri elektrik təchizatı şəbəkələrinin ehtiyat xətlərə keçirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirirlər. Hazırda bərpa işləri davam edir və vəziyyətin düzəldilməsi üçün əməliyyatlar aparılır.