Dövlət Gömrük Komitəsinin məlumatına görə, hava nəqliyyatında bağlı keçirilən nəzarət tədbirləri zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri müəyyən edilib.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalında xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanan bağlamaları qəbul edən bir şəxsi saxlayıblar. Onun əlindəki paketlər və idarə etdiyi minik avtomobilinə gömrük baxışı tətbiq olunub.
Yoxlama zamanı ümumilikdə 10 adda, 93 qutu dərman vasitəsi aşkar edilib. Aşkar olunan dərmanların gömrük qaydalarını pozmaqla ölkəyə gətirildiyi bildirilib.
Məsələ ilə bağlı araşdırma aparılır və fakt araşdırma çərçivəsində sənədləşdirilir.