90-cı illərin populyar sənətçilərindən olan Türkiyəli müğənni Çelik evində qış üçün hazırlıq işləri görərkən keçmişə qayıdıb.
“Unutamam”, “Ateşteyim” və “Hercai” kimi hitləri ilə tanınan sənətçi bu dəfə mətbəxdə etdiyini göstərən paylaşımı ilə diqqət çəkib.
Çelik pomidor və bibərlərlə bağlı çəkdiyi fotonu izləyiciləri ilə bölüşərək bu qoxuların ona uşaqlıq illərini və anasını xatırlatdığını bildirib.
“Pomidor, bibər. Anamın qış hazırlığı. Uşaqlığımdakı kimi evin içində o gözəl qoxular... Gözlərimi yumanda gözəl zamanlardan gözəl xatirələr canlanır”, – deyə sənətçi qeyd edib.
Onun nostalji dolu paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə oxşar xatirələrin canlanmasına səbəb olub.