Cəlilabad rayonunda payız-qış mövsümünə hazırlıq işləri səbəbindən qaz təchizatında müvəqqəti kəsinti olacaq.

Kəsinti 17 avqust saat 10:00-dan başlayaraq aparılan işlər yekunlaşanadək davam edəcək.

Müvafiq tədbirlər çərçivəsində Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3 və N. Tusi küçələri ilə birlikdə Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

İşlərin tamamlanması ilə bağlı əlavə məlumat verildikcə sakinlərə bildiriş olunacaq.