Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. İdarə etdiyi vaxt qəfil vəziyyəti pisləşən nəqliyyat vasitəsi sürücünün nəzarətindən çıxaraq yolun kənarına aşıb.

Avtomobilin sürücüsü Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov olduğu müəyyən edilib. O, VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfil halının pisləşməsi nəticəsində dünyasını dəyişib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.