Hollivud ulduzu Cennifer Lourens estetik müdaxilələrlə bağlı fikirlərini və gələcək planlarını açıqlayıb. İki uşaq anası olan aktrisa indiyə qədər sinə dikləşdirmə əməliyyatı keçirdiyini, gələcəkdə üz gərmə əməliyyatını düşündüyünü bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə The Cut jurnalında dərc olunan müsahibədə məlumat verilib. 36 yaşlı aktrisa gündəlik həyatında da baxımlı və cazibədar görünmək istədiyini, uşaqlarını məktəbə apararkən belə həyatının alt-üstə gələn sahələrini nəzarətdə saxlayan qadın təsiri yaratmaq istəyini dilə gətirib.
Lourensin müsahibədə çəkilən fotoları da müzakirə mövzusu olub. Bəzi izləyicilər onun göz qapaqlarındakı artıq dərinin götürülməsi ilə bağlı blefaroplastika əməliyyatı keçirdiyini ehtimal edərək görünüşündəki dəyişiklikləri tənqid ediblər. Onlar aktrisanın təbii gözəlliyini itirdiyini və başqa Hollivud ulduzlarına bənzədiyini iddia ediblər.
Aktrisa bundan əvvəl də gözəllik prosedurları ilə bağlı sözlər bildirib. O, Vogue ilə müsahibəsində yüngül dozada botoks etdirdiyini qeyd edib. Həmçinin yanaqlardakı piy toxumasının götürülməsi ilə aparılan bişektomiya əməliyyatına da maraq göstərdiyini, lakin nəticələrin aydın görünə biləcəyindən ehtiyat etdiyi üçün bunu etdirmədiyini söyləyib.
Bundan əlavə, saç baxımına da xüsusi diqqət ayıran Lourens öz saç baxımı məhsulları brendini təqdim edib. Aktrisa əvvəllər çəkilişlər zamanı saçlarının fərqli rənglərə boyandığını və bu səbəbdən ciddi zədə aldığını, bir müddət onları qısaltmaq məcburiyyətində qaldığını da qeyd edib.