Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinə səfər ediblər.

Səfər zamanı universitetdə təhsil alan özbək tələbələrdən biri İlham Əliyevi Azərbaycan dilində salamlayıb.

Eyni tələbə özünün yazdığı şeirləri də tədbirdə səsləndirib.