Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarda vakant olan inspektor-tərcüməçi vəzifələri üzrə müsabiqə elan edib.
Müsabiqədə iştiraka dövlət ali təhsil müəssisələrini bitirmiş, yaş həddi 20–30 arasında olan və Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər qəbul olunur. Namizədlərdən Bakı şəhərində qeydiyyatda olmaq və yaşamaq tələb olunur.
Kişi namizədlər üçün həqiqi hərbi xidmət müddətini tam başa vurmuş olmaq şərtdir; bu tələb qadınlara tətbiq edilmir. Namizədlərdən xarici dil bilikləri, yazılı və şifahi tərcümə bacarıqları, hüquqi sənədlərlə işləmə və terminologiya, lüğətlərdən istifadə bacarıqları tələb olunur.
İştirakçıların sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən edilmiş normativlərə uyğun olaraq yoxlanılacaq. Tərcüməçi kimi iş təcrübəsi olan namizədlərə müsabiqədə üstünlük veriləcək.
Müraciətlər 2026-cı ilin 20 avqustundan 20 oktyabrınadək qəbul edilir. Məktubda Daxili İşlər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş elektron ərizə formasından istifadə olunmaqla qısa anket məlumatları bki@mia.gov.az elektron poçt ünvanına göndərilməlidir. Ətraflı şərtlər və informasiya nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib (www.mia.gov.az).
Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590-80-66; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52; (012) 590-94-12; (012) 590-83-69; (012) 590-80-63.