Dağıstanın Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına Müslüm Maqomayevin adı veriləcək.

Qərar Dağıstan Respublikasının rəhbəri yanında fəaliyyət göstərən komissiyanın iclasında qəbul edilib. Komissiyanın müzakirəsi nəticəsində bu təşəbbüs rəsmən təsdiqlənib.

Komissiya üzvləri Azərbaycanın tanınmış müğənni və bəstəkarının xatirəsinin əbədiləşdirilməsi təklifini yekdilliklə dəstəkləyiblər və teatra onun adının verilməsi qərara alınıb.