Məşhur aktrisa Yasemin Ergene uzun fasilədən sonra yenidən çəkiliş meydanına dönür.

O, baş rolunda yer alacağı "Tuzlu Kahve" serialı ilə tamaşaçı qarşısına çıxacaq. Layihə artıq geniş müzakirə predmetinə çevrilib.

İddialara görə, aktrisanın layihədən alacağı qonorar diqqət çəkib: bölüm başına 2 milyon lirə, aylıq ödənişi isə 8 milyon lirə səviyyəsindədir.

Ergenenin 17 il sonra ekranlara dönməsi və yüksək qonorar razılaşması onun geri dönüşünün böyük maraq oyatdığını göstərir.