Binəqədi Rayon Məhkəməsi Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi barədə həbs qərarı çıxarıb.

Məhkəmənin qərarına əsasən, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində istintaq orqanının təqdimatı təmin edilərək həbs qətimkan tədbiri seçilib.

Əhmədovun barəsində Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaqın digər detalları və məhkəmə iclasının növbəti tarixləri barədə məlumat verilməyib.