ABŞ Prezidentı Donald Tramp İranla bağlı əməliyyatların əsas prioritetini açıqlayıb.

Tramp “Truth Social” səhifəsində yazaraq bildirmişdir: “Bir nömrəli məqsəd İranın heç bir şəraitdə, heç bir şəkildə və ya heç bir formada nüvə silahının olmamasıdır və həmişə də belə olacaq”.

Hazırkı açıqlama onun daha əvvəl səsləndirdiyi iddiaları tamamlayır. Tramp əvvəllər qeyd etmişdi ki, Amerika ordusu Hörmüz boğazına tam nəzarət edir, İranın donanma və hava qüvvələrinin mövcud olmadığını və digər qoşunların maaş almadığını da iddia etmişdi.