Dubayda yaşayan aparıcı Yeganə Həsənova Azərbaycan istehsalı olan şüşə qabda satılan çiyələk mürəbbəsində qurd aşkarlandığını bildirib.

O, sosial şəbəkədə paylaşımında məhsulu marketdən aldığını, xaricdə yaşamasına baxmayaraq vətən məhsuluna üstünlük verdiyini, məhsulun içindən qurd çıxdığı üçün narazılıq ifadə etdiyini yazıb və məsuliyyətsizlikdən şikayət edib.

Aparıcının bildirdiyinə görə, o məsələ ilə bağlı Dubay bələdiyyəsinə müraciət edərsə məhsulun satışdan çıxarılacağını və ciddi cəzanın tətbiq olunacağını gözləyir.

“Azərsun Holdinq”dən verilən xəbərdə isə vəziyyətlə əlaqədar şirkətin Keyfiyyətə nəzarət direktorluğunun araşdırma başladığı bildirilib. Şirkət məsələ araşdırılmadan əlavə şərh verilməyəcəyini qeyd edib.