Türkiyəli müğənni Ebru Gündeşin plastik əməliyyatdan sonra görünüşü mediada yenidən gündəmə gəlib.
Səhnəyə çıxan ifaçının ötən gün bir məkanlarda təqdim etdiyi görüntüləri sosial şəbəkələrə paylaşılıb. Paylaşılan videolarda və fotolarda onun üzündəki fərqlilik izləyicilər tərəfindən diqqətə alınıb.
Sosial media istifadəçiləri yayılan görüntülərdəki görünüşdən razılıqlarını ifadə edərək, dəyişiklikləri bəyəndiklərini yazıblar.
Məlumatda bildirilir ki, Ebru Gündeş cavanlaşma məqsədilə təxminən 200 min dollar (təxmini 340 min manat) məbləğində əməliyyata müraciət edib.