Azərbaycanın Qazaxıstana yeni fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təqdim edib.
Hadisə barədə məlumat Qazaxıstan Prezidentinin mətbuat xidməti tərəfindən verilib.
Eyni gün Tokayevə Azərbaycan səfirindən başqa səkkiz ölkənin nümayəndələri də etimadnamələrini təqdim ediblər.
Təqdimat mərasimi Astanadakı Müstəqillik Sarayında baş tutub.