Kamerunla Mərkəzi Afrika Respublikası arasında yerləşən qızıl mədənində çökmə baş verib və hadisə nəticəsində 100-dən artıq insan həlak olub.

Dağıntılardan indiyədək 107 cəsəd çıxarılıb. Xilasetmə və axtarış işləri hələ də davam etdirilir.

Məkanında olan mədənçilərdən biri bildirib ki, dağıntılar altında hələ mədən işçilərinin ola biləcəyi ehtimal edilir və bunu aşkar etmək üçün əməliyyatlar davam etdirilir.

Fövqəladə halın nə ilə əlaqədar baş verdiyi hələ müəyyən edilməyib və səbəb barədə rəsmi açıqlama verilməyib.