Görkəmli rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarı barədə sosial şəbəkələrdə yayılan görüntülər baxımsız vəziyyəti ortaya çıxarıb.
Yayılan paylaşımda aidiyyəti qurumlara müraciət olunaraq məzarın nəzarətə götürülməsi və bərpa edilməsi xahiş edilib. Paylaşımda həmçinin qeyd olunub ki, rəssamın həyat yoldaşı Lyuba bir neçə il əvvəl dünyasını dəyişib, yeganə oğlu isə Danimarkada yaşayır və ölkə ilə əlaqəsi yoxdur.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb. Nazirlik bildirir ki, məzarın mövcud vəziyyəti aidiyyəti qurumlarla birlikdə yoxlanılacaq və zəruri tədbirlərin görülməsi imkanları qiymətləndiriləcək.
Nazirlik həmçinin vurğulayıb ki, aparılacaq araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq.