İranın xarici işlər naziri Abbas Əraqçi Tehran ilə Bakı arasındakı prezidentlər səviyyəsində əlaqələri yüksək qiymətləndirib.

Əraqçi qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon söhbətindən sonra iki ölkə münasibətlərində yeni səhifə açılıb.

Qeyd olunur ki, əvvəlki açıqlamalarda Pezeşkian Azərbaycannın ən çətin anlarda İrana dəstək göstərdiyini vurğulayıb. İlham Əliyev isə Pezeşkiana ölkəmiz barədə söylədiyi xoş və səmimi sözlərə görə təşəkkür edərək, Azərbaycanın qardaş İran xalqının yanında olduğunu bir daha ifadə edib.