Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanan müdafiə sazişi üç ölkənin qarşılıqlı müdafiəsini nəzərdə tutan müddəanı özündə ehtiva edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mexanizmin NATO-nun 5-ci maddəsinin prinsiplərinə uyğun olduğunu bildirib. Onun sözlərinə görə, razılaşma hər hansı birinə qarşı yönələn hücum halında tərəflərin kollektiv şəkildə hərəkət etməsinə imkan verir.

Ərdoğan bunun Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Pakistana qarşı baş verə biləcək hər hansı hücuma şamil olduğunu vurğulayıb və üç ölkənin ortaq müdafiə çərçivəsində bir-birlərini müdafiə etmək üçün zəruri addımları ata biləcəyini qeyd edib.