Füzuli rayonunda gecə saatlarında yeniyetmə oğlanın meyiti tapılıb.

Hadisə avqustun 18-i saat 01 radələrində rayonun Kərimbəyli kəndində qeydə alınıb. Meyit 2010-cu il təvəllüdlü Fəqan Dəryatqulu oğlu Məhərrəmovun yaşadığı evin həyətdə aşkar edilib.

Hadisənin səbəbləri və dəqiq hallar barədə araşdırma aparılır. Məlumatlar prokurorluq tərəfindən təhqiqat çərçivəsində dəqiqləşdirilir.