Ermənistan Müdafiə Nazirliyində bir sıra yüksək vəzifəli şəxslərin postlarından uzaqlaşdırılması müşahidə olunur.
Müdafiə naziri Suren Papikyanın qərarı ilə üç müşavirindən ikisi – Melikset Poqosyan və Razmik Petrosyan vəzifəsindən azad edilib. Rəsmi qurum bu iki şəxsin postdan çıxarılmasını təsdiqləyib.
Kamo Vardanyanın statusu barədə nazirlikdən hələ rəsmi açıqlama verilməyib. Vardanyan 2022-ci ildə general-leytenant rütbəsi almış və Qarabağdakı keçmiş separatçı birləşmələrin sonuncu komandanı hesab olunur.
Melikset Poqosyan əvvəllər Zəngəzur vilayətinin qubernatoru olub, Razmik Petrosyan isə Araqatsotn vilayətinin keçmiş qubernatorudur və 2022-ci ildə Papikyanın hərbi məsələlər üzrə müşaviri təyin edilmişdi.
Bundan əvvəl müdafiə nazirliyinin Hərbi Polisin rəisi Aşot Zakaryan da vəzifəsindən ayrılmışdı. Onun yerinə Ermənistan daxili işlər nazirinin keçmiş müavini Aram Ovannisyan təyin edilib; Ovannisyanın təyinatı 17 avqust tarixində elan olunub.