Avqustun 16-da, günorta saatlarında İngiltərənin Esseks qraflığında keçirilən aviaşou zamanı yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Hadisə hərbi muzeyin yerləşdiyi tarixi Stow Maries aerodromunun ərazisində baş verib. Qəza nəticəsində pilot ağır xəsarət alıb və London şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.

Aviaşounun digər iştirakçıları və tamaşaçıların heç birində xəsarət qeydə alınmayıb.

Qəzanın baş vermə səbəbləri hələlik müəyyən edilməyib və məsələ ilə bağlı əlavə araşdırma aparılır.