19 avqust 2026-cı il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri həyata keçirilib.
Agentliyin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayaraq Fərhad Ələkbərovu Hüquqi təminat departamentinin müdiri vəzifəsinə təyin edib.
Fərhad Ələkbərov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri kimi çalışıb.