Rusiyada tanınmış müğənni Filipp Kirkorov yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.
Qaydaya görə, sənətçiyə məxsus iki şirkətlə bağlı Dövlət Reyestrinə yanlış məlumat verilməsi əsas gətirilib. Şirkətlərdən birinin fəaliyyəti dayandırıldığı, digərinin isə hüquqi ünvan göstəricisinin düzgün olmadığı qeyd edilib.
Qadağa 18 sentyabr 2028-ci il tarixinə qədər qüvvədə olacaq və həmin müddət ərzində Kirkorov yeni sahibkarlıq fəaliyyəti başlada bilməyəcək.
Oxşar məhdudiyyət keçmiş stilisti Arsen Ayrapetova da tətbiq olunub.