Müğənni Firuzə Babayeva tanınmış prodüser Roland Bayramov tərəfindən aldadıldığını bildirir.
Sənətçi sosial şəbəkədə yayılan paylaşımında qeyd edib ki, 4–5 ay əvvəl prodüserlə əməkdaşlığa başlayıb, lakin sonradan onun iş prinsiplərindən narazı qalıb. Babayeva iddia edir ki, həm ödənilmiş vəsait geri qaytarılmır, həm də işləri tam formada təhvil verilməyib.
Müğənninin sözlərinə görə, prodüser ona müəyyən tapşırıqlar verib və o, onlara əməl edib, amma nəticədə üç layihəsi verilsə də, beş koverindən ikisi hələ təqdim olunmayıb. Babayeva həmçinin bildirib ki, pulu alıb işləri vaxtında təhvil vermədiyi üçün layihə verən tərəflərlə də problem yaranıb.
O, şəxsi gəlir mənbələrinə toxunaraq heç kəsin pulunu əmmədiyini, öz hesabına işlərini həyata keçirdiyini vurğulayıb və Roland Bayramovdan ödənilmiş vəsaitin qaytarılmasını tələb edib.
Müğənni aidiyyəti qurumlara ərizə verəcəyini də açıqlayıb. Yazıda həmçinin qeyd olunub ki, hazırda iddialarla bağlı qarşı tərəfin mövqeyi dərc olunmağa hazırdır.
Roland Bayramovun uzun müddətdir tanınmış şəxslərlə işlədiyi və müxtəlif konsertlər təşkil etdiyi bildirilir. Qeyd olunur ki, onun adı bir neçə ay əvvəl Hövsandakı adam oğurluğu qalmaqalında da hallanıb.