Fransada evtanaziya rəsmi olaraq qanuniləşib. Prezident Emmanuel Makron qanunu imzalayıb və sənəd ölkənin rəsmi nəşri Journal Officiel-də dərc edilib.
Qanun layihəsi iyul ayında parlament tərəfindən qəbul olunub. Avqustun 14-də Fransanın Konstitusiya Şurası sənədin Konstitusiyaya zidd olmadığı barədə qərar verib.
Yeni qaydalara əsasən, evtanaziyaya müraciət etmək hüququ 18 yaşdan yuxarı şəxslərə və ölkədə daimi və qanuni əsaslarla yaşayanlara tanınır. Qanunda həmçinin evtanaziyanın hansı hallarda tətbiq edilə biləcəyi müəyyənləşdirilib.
Evtanaziyanın mənası sağalmaz xəstəlikdən əziyyət çəkən və dözülməz ağrı yaşayan şəxsin öz xahişi ilə tibbi üsulla həyatına son qoyulmasıdır; söz yunan dilindən tərcümədə "gözəl ölüm" deməkdir.
Eyni zamanda, evtanaziyanın qanuni olduğu ölkələr sırasına Belçika, Lüksemburq, Niderland, Portuqaliya və İspaniya da daxildir.