Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət alıb və tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı məsələ üzrə araşdırma aparılır.