Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda çürümüş döl aşkar edilib.

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanıb. Hadisə yerində və aşkar olunmuş dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertiza təyin edilib.

Araşdırmanın gedişində digər zəruri prosessual hərəkətlər də icra edilib. Polis əməkdaşları faktla bağlı müəyyən tədbirlər həyata keçirir və əlavə araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticələrinə əsasən hadisəyə hüquqi qiymət veriləcək.