Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti aşkar edilib.
Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma işi başladılıb. Prokurorluq əməkdaşları hadisə yerində və aşkar edilmiş meyit üzərində baxış keçirib.
Məhkəmə-tibbi ekspertiza təyin olunub və hadisənin baş vermə şəraitinin müəyyən edilməsi üçün digər zəruri prosessual tədbirlər icra edilib.
Araşdırmanın nəticələrinə əsasən hadisəyə hüquqi qiymət veriləcək.