Gəncə Dövlət Universitetinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Regional Kollecində direktor vəzifəsində dəyişiklik edilib.
Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən kollec direktoru Xoşqədəm Vidadi qızı Xudiyeva vəzifəsindən azad edilib.
Eyni əmrlə direktor vəzifəsinin icrası Nigar Səfxhanovaya həvalə olunub. Nigar Səfxanova bu ilin yanvar ayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktor vəzifəsinə təyin edilmişdi.
Qeyd edilir ki, bir müddət öncə Gəncə Dövlət Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə etiraz etmişdilər.