Goranboy rayonunun Safikürd kəndində ailə münaqişəsi zamanı gəlinin nənəsi xəsarət alıb.

Hadisə Cəlilabadın Sabirabad kəndindən olan Nahid Ağayev (soyadı şərtidir) ilə Goranboy sakini Səbinə adlı qadın arasında nigahdan sonra yaşanan problemə bağlıdır. Bir neçə aylıq evlilikdən sonra tərəflər arasında ixtilaf yaranıb, hamilə olan Səbinə bu vəziyyətdən xəbərdar etdikləri yaxınlarına boşanmaq istədiyini bildirib.

Gəlinin anası və nənəsi onu götürərək Cəlilabaddakı ailəsinin yaşadığı ünvana aparıblar. Bir müddət sonra Nahidin atası Hamlet Rusiyadan Sabirabada gələrək gəlini ailə evinə qaytarmağa çalışıb. O, həyat yoldaşı ilə birlikdə Goranboya gedərək Səbinəyə evə dönməyi təklif edib, lakin gəlinin anası və nənəsi buna razılıq verməyiblər.

Tərəflər arasında yaranmış mübahisə nəticəsində Hamlet və onun həyat yoldaşı evdən qovulublar. Ev sahibi onları həyətdən çıxarıb qapını bağlamağa cəhd etdikdə, Hamlet qapını geri itələyib və dəmir qapı gəlinin nənəsinə dəydiyi üçün o xəsarət alıb. Daha sonra Hamlet həmin şəxsi vuraraq hadisə yerini tərk edib.

Polis hadisə yerinə gəlib və araşdırma aparıb. Keçirilən tədbirlər nəticəsində Hamlet Ağayev saxlanılıb, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Goranboy Rayon Məhkəməsində iş üzrə barışıq əldə edilib və məhkəmənin qərarı ilə H.Ağayev 300 manat məbləğində cərimə olunub.