Goranboy rayonunda magistral yolda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə 1969-cu il təvəllüdlü S.Hakyemez adlı Türkiyə vətəndaşının idarə etdiyi "Iveco" markalı iri tonnajlı yük maşınının dəmir arakəsməyə dəyilməsi nəticəsində baş verib.
Qəza səbəbindən xəsarət alan olmayıb, lakin nəqliyyat vasitəsi və yol təsərrüfatına ciddi ziyan dəydiyi bildirilib. Yük yerindəki dəmirlər yola səpələnib və avtomobildən təxminən bir tona yaxın yanacaq axıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb və səpələnmiş yanacaq dərhal yuyularaq təmizlənib.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.