Ukrayna qüvvələri Rusiya ərazisində bir sıra hərbi və enerji obyektlərinə zərbələr endirib.
Rostov vilayətində müdafiə sənayesi müəssisəsinə raket zərbəsi vurulub və nəticədə ərazidə yanğın baş verib.
Krım yarımadasında Rusiya raket bölmələrinin yerləşdiyi obyekt hədəflənib. Zaporojye vilayətində isə hərbi logistika üçün istifadə olunan dəmir yolu körpüsü vurulub.
Donetsk istiqamətində sursat anbarlarına dəymiş zərbələr barədə məlumat verilir.
Ukrayna Baş Qərargahı son bir həftə ərzində Tümen vilayətində yerləşən "Zapsibneftexim" müəssisəsinə və Orenburq vilayətindəki "Orsknefteorqsintez" neft emalı zavoduna da zərbələr endirildiyini bildirib.